Almaniyada koronavirusa yoluxanların sayı daha 353 nəfər artıb, 62 insan ölüb
Tarix: 28-05-2020 10:00 | Bölmə: Dünya
Almaniyada koronavirusa yoluxanların sayı daha 353 nəfər artıb, 62 insan ölüb

Almaniya Federativ Respublikasında (AFR) bir gündə yeni koronavirusa yoluxanların sayı daha 353 nəfər artıb, 62 insan ölüb.

Bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, AFR-də bütün vaxt ərzində virusa 179 717 yoluxma qeydə alınıb. COVID-19-dan 8 411 pasiyent ölüb. Qeyd edilir ki, ölkədə virusa yoluxmuş 163 mindən çox pasiyent sağalıb.

Almaniyada virusa ən çox yoluxma halları Bavariyada qeydə alınıb. Burada 46 729 nəfər COVID-19-a yoluxub. Şimal Reyn-Vestfaliyada 37 698 və Baden-Vürtemberqdə 34 129 nəfər virus daşıyıcısı hesab edilir. Berlində koronavirusa 6 703 yoluxma qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər