İspaniyada daha 182 nəfərə COVID-19 diaqnozu qoyulub
Tarix: 28-05-2020 23:10 | Bölmə: Dünya
İspaniyada daha 182 nəfərə COVID-19 diaqnozu qoyulub

Son sutka ərzində İspaniyada 182 nəfərə COVID-19 diaqnozu qoyulub.


Bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.

Bildirilir ki, epidemiyanın başlanğıcından bəri virusa yoluxanların sayı 237 906-ya çatıb.

Son bir həftədə 38 nəfər virusun qurbanına çevrilib, ümumilikdə isə ölənlərin sayı 27 119 nəfərdir.

Epidemiyanın əvvəlindən bu günədək 123 804 nəfər xəstəxanalara müraciət edib, onlardan 301-i son bir həftədə xəstəxanaya yerləşdirilənlərdir. İntensiv terapiya şöbəsinə indiyədək 11 389, bir həftədə isə 11 nəfər yerləşdirilib/APA.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}