Ermənistanda daha 460 nəfər koronavirusa yoluxub, ölənlər var
Tarix: 29-05-2020 11:18 | Bölmə: Dünya
Ermənistanda daha 460 nəfər koronavirusa yoluxub, ölənlər var

Ermənistanda son sutkada daha 460 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 8 676-a yüksəlib. Ölkədə koronavirusdan ölənlərin sayı isə 120 nəfərə çatıb.

Bildirilib ki, indiyədək 3 297 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 5 214 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}