Konqoda 6 nəfərə ebola diaqnozu qoyulub, 4 nəfər isə ölüb
Tarix: 02-06-2020 16:29 | Bölmə: Dünya
Konqoda 6 nəfərə ebola diaqnozu qoyulub, 4 nəfər isə ölüb

Afrika ölkəsi olan Konqoda 6 nəfərə ebola diaqnozu qoyulub, 4 nəfər isə ölüb.

NTV xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib. 

Qeyd edək ki, ÜST 3 ay öncə Konqoda ebolanın sona çatdığını açıqlamışdı. Ebola Qərbi Afrikada 2014-cü ildə başlayan və 11 mindən çox insanın həyatına son qoyan epidemiyadır. 

2018-ci ilin avqust ayında epidemiya yenidən alovlanıb və indiyədək 3 444 yoluxma faktı qeydə alınıb. Onlardan 2 264 nəfəri ölüb/Report. 




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}