16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Nyu-Yorkda brend mağazalar belə yağmalandı - Video
Tarix: 03-06-2020 14:17 | Bölmə: Dünya
Nyu-Yorkda brend mağazalar belə yağmalandı - Video

ABŞ-ın Nyu-York şəhərində məşhur markaların mağazaları, telefon dükanları, böyük marketlər şəbəkələri talan edilib.

Bu, Minneapolis şəhərində afroamerikalı Corc Floydun saxta əskinazlardan istifadə şübhəsi ilə saxlanılması zamanı ölümünə etiraz olaraq keçirilən aksiyalarda qeydə alınıb.

Hazırda küçələri daha çox filmlərdə rast gəlinən səhnələrə şahidlik edən Nyu-York şəhərində "Apple", "Chanel", "Nike", "Adidas" kimi bir çox məşhur markalar da daxil olmaqla böyük market şəbəkələri, telefon, qızıl və saat şirkətlərinin Manhattanda yerləşən mağazaları nümayişçilərin qəzəbinə tuş gəlib. Onlar xüsusi çəkiclərlə şüşələri sındıraraq mağazalara daxil olub və qısa zaman ərzində dəyəri yüz min dollarla ölçülən malları yağmalıyıblar.

Nyu-York polisi mağazaları talan edənlərin bir qismini yaxalayıb.

Ştatın qubernatoru Endryu Kuomo saat 22:00-dan 05:00-dək şəhərdə komendant saatı elan etsə də, nümayişçilər buna məhəl qoymayıblar. Nəticədə səhər saatlarına qədər polis və nümayişçilər arasında qarşıdurmalar davam edib/Report





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}