Türkiyə və Yunanıstan hərbi heyətləri razılaşma əldə edib
Tarix: 02-10-2020 10:43 | Bölmə: Dünya
Türkiyə və Yunanıstan hərbi heyətləri razılaşma əldə edib

NATO-nun Baş Qərargahında Türkiyə və Yunanıstan hərbi heyətlərinin görüşlərinin nəticəsinə görə, texniki təhlükəsizlik mexanizminin yaradılması üçün ortaq razılıq əldə edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şərqi Aralıq dənizində tərəflərin təhlükəsiz fəaliyyəti üçün həyata keçiriləcək koordinasiyanın texniki detallarının müzakirə edillməsilə bağlı növbəti iclas 5 oktyabr 2020-ci ildə NATO-nun Baş Qərargahında keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 1990-cı illərdə NATO iki ölkə arasında oxşar bir mexanizmin qurulmasına dəstək verib.

NATO Baş Katibi Yens Stoltenberq bildirib ki, iki dəyərli müttəfiqlərinə münasib mexanizmin qurulması üçün əməkdaşlıq davam etdiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}