13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Rusiyalı politoloq: “Makron saxta xəbərlər dünyasında yaşayır”
Tarix: 02-10-2020 17:55 | Bölmə: Dünya
Rusiyalı politoloq: “Makron saxta xəbərlər dünyasında yaşayır”

“Fransalı jurnalistlərin yaralanması ilə bağlı məlumatları hələ dəqiqləşdirmək lazımdır. Müasir saxta xəbərlər dünyasında yaşayırıq. Fransada nəhəng nüfuzlu erməni diasporunu nəzərə alaraq bunun, Ermənistan təyyarəsinin Türkiyə qırıcı təyyarəsi tərəfindən vurulması xəbəri kimi, xüsusi olaraq təşkil edilmiş saxta xəbər olması mümkündür. Bu, Fransa cəmiyyətində Ermənistana qarşı simpatiyanı maksimum dərəcədə artırmaq üçün edilə bilər”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

“Birincisi, Makron saxta xəbərlər dünyasında yaşayır. İkincisi, Fransada çox sıx birləşmiş erməni icması var. Erməni icması KİV-də, maliyyə, ictimai strukturlar sahələrində çox güclüdür, bu səbəbdən Makron onların maraqlarını ifadə etməkdə və onlar arasında populyar olmaqda maraqlıdır. Bu gün siyasətçilərə populyarlıq yalnız seçkilər zamanı deyil, həm də seçkilər arasında da lazımdır. Siyasətçi populyar deyilsə, müstəqil fəaliyyət imkanları kəskin şəkildə azalır”, - o deyib.

Rusiyalı politoloq həmçinin Makronun anti-İslam siyasəti mövzusuna da toxunaraq Fransa cəmiyyətində müsəlmanlara qarşı mənfi münasibət olduğunu qeyd edib: “Fransa cəmiyyətində müsəlman mühacirlərə qarşı böyük qıcıq var. Onlar çox sayda müsəlmanı cəmiyyətlərinə buraxıblar və indi onları cəmiyyətlərinə uyğunlaşdırmağın öhdəsindən gələ bilmirlər və nəticədə İslamofobiya yaranır. Bu da Fransanın, məsələn, Aİ-nin Türkiyə ilə qarşılıqlı əlaqəsini əngəlləyən əsas liderlərdən biri olmasının daha bir səbəbidir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər