13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
İranda fövqəladə vəziyyət elan edilib
Tarix: 05-10-2020 10:19 | Bölmə: Dünya
İranda fövqəladə vəziyyət elan edilib

İranda koronavirus qurbanlarının sayı 27 min nəfərə çatıb.

Tehranda bir gündə 136 ölüm faktının qeydə alınması və 4500 nəfərin şəhər xəstəxanalarına yerləşdirilməsilə fövqəladə-kəskin vəziyyətin elan edilməsi, ölkə rəsmilərini paytaxtda koronavirusla mübarizədə daha ciddi addımlar atmağa məcbur edib.

Tehran vilayətinin başçısı Ənuşirəvan Möhsüni Bəndpeyin sözlərinə görə, bu həftədən etibarən paytaxtın bir sıra idarə və müəssisələrinin işçilərinə uzaqdan işləmək təklifi verilib. Evlərdən çıxarkən maska taxmaq məcburidi. O, lüzumsuz səyahətlərə görə cərimə tətbiq olunacağını açıqlayıb.

Tehran vilayətində yoluxma hallarıının və xəstəxanaya yerləşdirilənlərin sayının artdığını qeyd edən Ənuşirəvan Möhsüni Bəndpey bildirib ki, gündəlik xəstəxanaya yerləşdirilənlər sağalan xəstələrin sayından çoxdur. Onun sözlərinə görə, son bir ayda Tehranda xəstəxanalara və tibbi mərkəzlərə müraciət edən xəstələrin sayı gündəlik 70 nəfərdən çox artıb.

Tehran Şəhər Şurasının sədri Möhsün Haşimi isə "koronavirus qurbanları sunamisinin bir addımlığındayıq" deyərək, Tehran şəhərinin iki həftəlik bağlanmasına çağırış edib.(APA)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər