13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Qırğızıstanda parlament seçkilərinin nəticələri etibarsız sayılıb
Tarix: 06-10-2020 13:08 | Bölmə: Dünya
Qırğızıstanda parlament seçkilərinin nəticələri etibarsız sayılıb

Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin nəticələrini etibarsız sayıb.

TASS-ın verdiyi xəbərə görə, bu barədə MSK-nın mətbuat xidməti məlumat yayıb/APA.

Qeyd edək ki, oktyabrın 5-də Qırğızıstanda parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, hökumətyönlü partiyalar “Birimdik” 24.52% və “Mekenim Qırğızıstan” 23.89%, mərkəzçi “Qırğızıstan” 8.73% və “Bütün Qırğızıstan” 7% səs toplayıb.

Prezident Sooronbay Jeenbekov seçki prosesi zamanı pul müqabilində səs almağın əsas problem olduğunu etiraf edib.

Seçkidə səs almayan partiyaların tərəfdarları dünən axşamdan etiraz aksiyalarına başlayıblar. Etiraz aksiyalarına əsas təşkilatçılarından olan Qırğızıstan Sosial Demokratlar Partiyasına sabiq prezident Almazbek Atambayevin oğlu Seyitbek Atambayev rəhbərlik edir. Etirazçılar təkrar seçkilərin keçirilməsini tələb edirlər.

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma nəticəsində 590 nəfər yaralanıb, bir nəfər ölüb.

Etirazçılar sabiq prezident A. Atambayevi Dövlət Milli Təhlükəsizlik Komitəsindəki təcridxanadan azad ediblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər