13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Rusiyalı deputat: “Son hadisələr Ermənistanın qeyri-insani siyasətinin dəyişmədiyini göstərir”
Tarix: 06-10-2020 16:20 | Bölmə: Dünya
Rusiyalı deputat: “Son hadisələr Ermənistanın qeyri-insani siyasətinin dəyişmədiyini göstərir”

“Dağlıq Qarabağ münaqişəsi xəttində baş verən son hadisələr Ermənistan hakimiyyətinin Azərbaycana münasibətdə qeyri-insani siyasətinin dəyişmədiyini nümayiş etdirir”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Ermənistan Silahlı Qüvvələrinin dinc Azərbaycan şəhərlərin raket atəşinə tutmasına münasibət bildirən Rusiya Dövlət Dumasının Liberal Demokrat Fraksiyasından olan deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyev deyib.

Rusiyalı deputat xatırladıb ki, münaqişənin inkişafının başlanğıcında Ermənistan ilk hərbi güc tətbiq edərək dinc sakinlərə silah qaldırılması əmrini verib və Xocalı qırğınını törədib: “İndi də eyni şeyi görürük - dinc Azərbaycan şəhərlərinin bombalanmasını, hansı ki, həmin şəhərlər cəbhə xəttindən tamamilə uzaqda yerləşir, misal üçün Gəncə şəhəri. Mingəçevir şəhərinin - Cənubi Qafqazda ən böyük Su Elektrik Stansiyasının ərazisi atəşə tutulur. Bu, tamamilə hərbi olmayan obyektdir. Azərbaycan ərazisində yerləşən yaşayış evləri, məktəblər, bazarlar hücuma məruz qalır. Xüsusi ilə qeyd edim ki, bütün bunlar işğal altındakı ərazilərdə deyil, Azərbaycan ərazisində baş verir. Rəsmi İrəvanın bütün bu təxribatlarına baxmayaraq, Azərbaycan on illərlə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarı olub. Etiraf etmək lazımdır ki, bu gün baş verənlər ona görə oldu ki, münaqişəyə dünya ictimaiyyəti lazımi diqqəti göstərmədi.

Hesab edirəm ki, bu səhv düzəldilməlidir, beynəlxalq təşkilatlar Ermənistan hakimiyyətini sülh danışıqlarına qayıtmağa fəal şəkildə məcbur etməlidir. Hazırda hərbi əməliyyatlar zonasında heç nədə günahı olmayan insanlar, sadə vətəndaşlar, doğma torpağı uğurunda borcunu yerinə yetirən əsgərlər ölür - beynəlxalq təşkilatların bütün qətnamələrinin Ermənistan hakimiyyətini işğal altındakı ərazilərdən qoşunlarını çıxarmağa çağırmasına baxmayaraq”.

D. Savelyev vurğulayıb ki, ilk növbədə məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar, yalnız o zaman Dağlıq Qarabağ öz taleyini ədalətli referendum vasitəsi ilə həll edə bilər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər