İranın şimal-qərbində PUA qəzaya uğrayıb
Tarix: 20-10-2020 17:11 | Bölmə: Dünya
İranın şimal-qərbində PUA qəzaya uğrayıb

İranın şimal-qərbində hərbi dron qəzaya uğrayıb.

Reyting.az
İRNA-ya istinadla xəbər verir ki, bu barədə Xudafərin şəhərinin valisi Əli Əmirirad məlumat verib.

Pilotsuz uçuş aparatı döyüşlərin getdiyi Dağlıq Qarabağ ərazisindən İran əyalətinin Mincavan hissəsindəki Qaraqoç kəndi yaxınlığında boş əraziyə düşüb.

PUA-nın insan və ya mal itkisinə səbəb olmadığını bildirən Əmiriradın sözlərinə görə, hazırda hərbi mütəxəssislər dronun göndərildiyi dəqiq ərazini və sahibliyini araşdırırlar.

Xatırladaq ki, 35 min əhalisi olan sərhəd şəhəri Xudafərin Araz çayının o biri sahilində və Azərbaycan Respublikası sərhəddə yerləşir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}