13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Donald Trampın üç xarici bankda hesabı var?
Tarix: 21-10-2020 15:33 | Bölmə: Dünya
Donald Trampın üç xarici bankda hesabı var?

ABŞ prezidenti Donald Trampın Böyük Britaniya, İrlandiya və Çin banklarında hesabları var.

NYT xəbər verir ki, Çin bankındakı hesab 2013-2015-ci illərdə Çin dövlətinə 1 88 561 ABŞ dolları məbləğində vergi ödəmiş “Trump İnternational Hotel Management LLC” şirkətinin idarəçiliyindədir və həmin hesabda cəmi bir neçə min ABŞ dolları məbləğində gəlir olduğu bildirilir.

Şirkətin hüquqşünası Alan Qarten ABŞ-da da bölmələri olan Çin bankında hesab açmaqda məqsədin həmin ölkədə mehmanxanalarla bağlı işgüzar fəaliyyət yürütməklə yerli vergiləri ödəmək olduğunu bildirib.

“2015-ci ildən bu yana müqavilə imzalanmayıb, transaksiyalar keçirilməyib, ofis də işləmir. Hesab bağlanmasa da, istifadəsiz qalıb”, - hüquqşünas qeyd edib.

Bütövlükdə Çində D.Trampa məxsus azı 2006-cı ildən, habelə qızı İvanka Trampa məxsus bir sıra müəssisələr fəaliyyət göstərir. Lakin həmin şirkətlərin çoxu D.Trampın prezident seçildiyindən və İ.Trampın Ağ Evdə vəzifəyə gəlməsindən sonra müvafiq qeydiyyatdan keçib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər