13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Rusiya Qoşulmama Hərəkatına müşahidəçi statusu üçün müraciət edib
Tarix: 22-10-2020 13:18 | Bölmə: Dünya
Rusiya Qoşulmama Hərəkatına müşahidəçi statusu üçün müraciət edib

Rusiya Qoşulmama Beynəlxalq Hərəkatında müşahidəçi statusu almaq üçün müraciət edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Qoşulmama Hərəkatı (Non-Aligned Movement - NAM) formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.

Hərəkatın yaradılması ideyası 1955-ci ildə İndoneziyada Bandonq konfransında irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub.

Təşkilata hazırda Azərbaycan rəhbərlik edir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər