Gürcüstanda 1 700-ə yaxın tibb işçisi koronavirusa yoluxub
Tarix: 28-10-2020 12:38 | Bölmə: Dünya
Gürcüstanda 1 700-ə yaxın tibb işçisi koronavirusa yoluxub

Gürcüstanda tibb işçiləri arasında 1 678 nəfər koronavirusa yoluxub.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, tibbi heyət üzvləri infeksiyaya yalnız vəzifə borclarını yerinə yetirərkən deyil, ailə daxilində də yoluxurlar.

Mərkəz rəhbəri ölkədə həkim çatışmazlığının olmadığını deyib.

Buna baxmayaraq, yaxın vaxtlarda Gürcüstanda COVID-19 pandemiyası ilə mübarizəyə tibbi təhsil alan yuxarı kurs tələbələrindən ibarət əlavə həkim qüvvəsi cəlb olunacaq/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər