Türkiyədə “Şarli Hebdo” jurnalı ilə bağlı istintaq başlayıb
Tarix: 28-10-2020 18:00 | Bölmə: Dünya
Türkiyədə “Şarli Hebdo” jurnalı ilə bağlı istintaq başlayıb

Türkiyə Baş Prokurorluğu Prezident Rəcəb Tayyib Ərdoğanın təhqiramiz karikaturasını yayımlayan fransız satirik jurnalı “Şarli Hebdo”ya qarşı istintaq başladıb.

Reyting.az
xəbər verir ki, Türkiyə Baş Prokurorluğundan məlumatına görə, istintaq Türkiyə dövlət başçısının təhqir olunması ilə bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə başladılıb.

“Şarli Hebdo” adlı jurnalın vəzifəli şəxslərinə qarşı Türkiyə Cəza Qanununun 12, 13 və 299-cu maddələrinə əsasən istintaq başladılıb”,- deyə qurumun açıqlamasında qeyd olunub.

Xatırladaq ki, Fransanın “Şarli Hebdo” jurnalı son nəşrində çıxan üz qabığında Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alıb. Nəşr Türkiyədə kəskin tənqidlərə və etirazlara səbəb olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər