07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Putinlə rəqs edən keçmiş nazir “Rosneft”də işə götürülür - Video
Tarix: 09-03-2021 12:30 | Bölmə: Dünya
Putinlə rəqs edən keçmiş nazir “Rosneft”də işə götürülür

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiyanın neft nəhəngi olan “Rosneft” şirkətinin Direktorlar Şurasında yer alacaq.

Reyting.az
-ın məlumatına görə, Moskvada ingilis dilində çıxan müstəqil “The Moscow Times” qəzeti bunu “Rusiyanın Karin Knayslı mükafatlandırması” kimi şərh edib.

2018-ci ildə Karin Knaysl xarici işlər naziri kimi öz toyuna Rusiya prezidenti Vladimir Putini də dəvət etmişdi. Rusiya prezidentinin Avstriyanın xarici işlər nazirinin toyunda iştirakı, məclisdə onunla rəqs etməsi Qərb mətbuatında geniş əks-səda doğurmuş, Karin Knaysl növbəti il nazir postunu tərk etməli olmuşdu.

“Rosneft”in sərmayədarları namizədliyi təsdiqləsələr 56 yaşlı Knaysl bu şirkətdə Herhard Şrederin tabeliyində işləyəcək.

Almaniyanın sabiq kansleri Herhard Şreder 2017-ci ildən “Rosneft”in Direktorlar Şurasına sədrlik edir.

“Rosneft”in baş icraçı direktoru İqor Seçin Vladimir Putinin inanılmış adamlarından biri sayılır.

Son illər Avstriyanın Rusiya ilə isti münasibət qurmağa çalışdığı gözə çarpır.

2018-ci ildə Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Böyük Britaniyada zəhərlənəndən sonra Britaniya bu hadisədə günahlandırdığı Rusiyanın diplomatlarını ölkədən qovmuşdu. Onda Avropa Birliyi ölkələri Böyük Britaniya ilə həmrəylik nümayiş etdirsə də, Avstriya neytral mövqe sərgiləmiş və bu məsələ ilə bağlı heç bir araşdırma aparmayacağını bəyan etmişdi.(Novator.az)





Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}