09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ermənistanın Baş Qərargah rəisi istefa verib
Tarix: 10-03-2021 13:42 | Bölmə: Dünya
Ermənistanın Baş Qərargah rəisi istefa verib

“Mənim mövqeyimdə dəyişiklik yoxdur, işdən azad edilməyimlə bağlı proses Konstitusiyaya ziddir”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Baş nazir Nikol Paşinyan tərəfindən istefaya göndərilən rəisi general-polkovnik Onik Qasparyan bildirib.

“Baş nazirin istefa verməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsi indiki böhran vəziyyətdən çıxmağın yeganə yoludur”, - o deyib.

O. Qasparyan Konstitusiyanın reallaşması və tələblərinin təmin olunması məqsədi ilə Ermənistanın Ali Məhkəməsinə müraciət edib.

“Mən vətənimə və erməni xalqına başqa statusda xidməti davam etdirirəm. Hörmətli generallar, zabitlər, əsgərlər Silahlı Qüvvələrini başlıca vəzifəsi vətənin təhlükəsizliyini təmin etməkdir. Ona görə də hamınızı istinasız olaraq Ermənistanın və Qarabağın güclənməsi, Silahlı Qüvvələrin inkişafı naminə xidməti davam etdirməyə çağırıram”, - Baş Qərargah rəisi vurğulayıb.

O, yeni vəzifəsi barədə məlumat verməyib.(Report)




Bölməyə aid digər xəbərlər