09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Netanyahu BƏƏ-yə səfərini təxirə salıb
Tarix: 11-03-2021 14:35 | Bölmə: Dünya
Netanyahu BƏƏ-yə səfərini təxirə salıb

İsrailin Baş naziri Binyamin Netanyahu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) martın 11-nə planlaşdırılan səfərini təxirə salmaq qərarına gəlib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bundan əvvəl “The Times of Israel” qəzeti İsrail hökumətinin başçısının həyat yoldaşı Sara Netanyahunun appendisit şübhəsi ilə cümə axşamı gecə xəstəxanaya yerləşdirilməsi səbəbi ilə səfərin təxirə salınacağını bildirmişdi.

B.Netanyahunun BƏƏ-yə səfəri İsraildə qüvvədə olan karantin məhdudiyyətləri səbəbindən daha əvvəl üç dəfə təxirə salınıb/Report.




Bölməyə aid digər xəbərlər