Aralıq dənizində İran gəmisinə basqın olub
Tarix: 12-03-2021 22:47 | Bölmə: Dünya
Aralıq dənizində İran gəmisinə basqın olub

Aralıq dənizində İran gəmisinə basqın olub.

Reyting.az
İran mediasına istinadla xəbər verir ki, bu barədə İranın Dövlət Gəmiçilik Şirkətinin sözçüsü Əli Giyasiyan yerli mətbuata açıqlama verib.

O bildirib ki, martın 10-da Avropaya gedən İranın ticarət gəmisinə partlayıcı maddə atılıb:

"Bu, bir terror hücumudur. Hadisə nəticəsində gəmidə yanğın olub, ciddi ziyan dəyib. Lakin gəmidə olanlar zərər görməyib".

Hadisənin dənizin hansı istiqamətində baş verdiyini açıqlaamayn sözçü deyib ki, bu cür hücumlar beynəlxalq hüquqa ziddir: "Bu, eyni zamanda, dəniz quldurluğudur. Təqsirkarların müəyyənləşməsi üçün nbütün gərəkli addımlar atılacaq".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər