Ermənistan sosial fəlakətlə üz-üzədir
Tarix: 15-03-2021 12:39 | Bölmə: Dünya
Ermənistan sosial fəlakətlə üz-üzədir

“Ötən ilin istehlak qiymətlərinə və ərzaqlardakı qiymət artımına baxsanız görəcəksiniz ki, qiymətlər kəskin artır. Dekabr ayından bu yana qiymətlər kəskin artır və tendensiyalara görə böyümənin davam edəcəyi gözlənilir”.

Reyting.az
xəbər verir ki, bunu iqtisadçı Karlen Xaçaturyan Ermənistandakı sosial-iqtisadi vəziyyətdən danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistanın İqtisadiyyat naziri Vaan Kerobyanın dediyindən fərqlıi olaraq söhbət aylıq inflyasiyadan deyil, vəziyyəti kəskin dərəcədə ağırlaşdıran üç aylıq inflyasiyadan gedir: “İstehlakçı qiymətləri indeksi 2020-ci ilin dekabr ayında, 2021-ci ilin yanvar-fevral aylarında keçən ilin eyni aylarına görə sıralama ilə 3,7, 4,5, 5,3 faiz artıb. Yüksəlmə meyli göz qabağındadır. Üstəlik, son 3 ayda ərzaq qiymətlərindəki dəyişikliyə baxsanız, görərsiniz ki, mənzərə daha kədərlidir. Qida məhsulları müvafiq olaraq 4,9, 6,4 və 7,8 faiz artıb. Qida məhsullarının bahalaşma tendensiyası da göz qabağındadır”.

Qlobal tendensiyalara gəlincə, iqtisadçı bildirib ki, nazir burada vicdansız davranıb:

“Ermənistanda istehlak qiymətləri indeksi 5,3% artanda 2021-ci ilin fevralında Avropa Birliyi ölkələrində 1,2%, ABŞ-da 1,4%, Gürcüstanda isə 2,8% artdı. Çin və Yaponiyada müvafiq olaraq 0,3 və 0,6 faiz azalıb.

İnflyasiyanın əsas səbəbləri nəhəng təhlükəsizlik qeyri-müəyyənliyi, siyasi qeyri-sabitlik, dramın devalvasiyası, iqtisadiyyatın əsaslarını sarsıtma, mənfi işgüzar gözləntilər və s. Ancaq görünən odur ki, hökumət bu səbəbləri anlamır və cəmiyyətin əhəmiyyətli hissəsi üçün uzunmüddətli inflyasiyanın nəticəsi olacaq fəlakətli sosial nəticələrini təsəvvür etmir”.

Müstəqil iqtisadçılar isə Ermənistanda inflyasiyasının sürətli formada davam edəcəyini proqnozlaşdırırlar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər