Çin bir qrup əcnəbiyə güzəşt edəcək
Tarix: 15-03-2021 16:00 | Bölmə: Dünya
Çin bir qrup əcnəbiyə güzəşt edəcək

Çin hökuməti yalnız Honkonq vasitəsilə ölkəyə gələn və Çinin koronavirus infeksiyasına qarşı peyvəndi ilə aşılanan əcnəbilərin materik əraziyə girişini asanlaşdıracaq.

TASS xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan müntəzəm brifinqdə bildirib.

“Bildiyim qədəri ilə, əcnəbilər üçün giriş prosedurlarının sadələşdirilməsi üzrə müvafiq tədbir yalnız Çin peyvəndi aşılanan və Honkonqdan Çinə daxil olanlara aiddir”, - o deyib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər