Türkiyə ordusundan Suriyada növbəti əməliyyat: daha 10 terrorçu zərərsizləşdirilib
Tarix: 22-03-2021 14:16 | Bölmə: Dünya
Türkiyə ordusundan Suriyada növbəti əməliyyat: daha 10 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Suriyanın şimalındakı “Fərat Qalxanı” əməliyyatı bölgəsində pilotsuz uçan aparat vasitəsilə 10 terrorçunu müəyyənləşdirərək zərərsizləşdiriblər.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Kilisə qarşı edilən terror hücumunun qisasını almağa davam edirik”, - nazirlik vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Suriyadan Türkiyənin Kilis vilayətinə raketlər atılıb. YPG/PKK terror təşkilatının işğalı altında olan Tel-Rıfat bölgəsindən iki raket Eski Beşevler məhəlləsində boş əraziyə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşdüyündən hər hansı ziyan vurmayib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər