09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Türkiyə “F-35”-lərlə bağlı 750 milyon dollarlıq müqavilə bağlayıb
Tarix: 25-03-2021 11:44 | Bölmə: Dünya
Türkiyə “F-35”-lərlə bağlı 750 milyon dollarlıq müqavilə bağlayıb

Türkiyə müdafiə sənayesinə bağlı olan Müdafiə Sənayesi Texnolojistika (SSTEK) şirkəti Türkiyənin “F-35” proqramında çıxarılmasından sonra hüquqi müstəvidə haqlarını müdafiə etmək məqsədilə ABŞ-ın hüquq şirkəti “Arnold Porter” ilə razılaşma əldə edib.

Reyting.az
xəbər verir ki, Türkiyə ona 6 aylıq strateji və hüquq xidmətləri göstərəcək şirkətə 750 milyon dollar ödəyəcək.

Bu məqsədlə SSTEK “F-35” qırıcılarını istehsal edən “Lockhees Martini”nin Avropadakı əməliyyatlarına uzun illər rəhbərlik etmiş Syepan Villiamsla anlaşma imzalayıb.

ABŞ qanununa görə, lobbi fəaliyyəti göstərən şirkət xarici dövlət və ya şirkətlə imzaladığı anlaşmaları, onların adına həyata keçirdiklərini ABŞ Ədliyyə Nazirliyinə bildirməlidir. Bu çərçivədə Villiams SSTEK-lə imzaladığı anlaşmanı Ədliyyə Nazirliyində qeydiyyatdan keçirib. Razılaşma PDF formasında açıqlanıb. İctimaiyyətə açıqlanan razılaşmada Türkiyənin “F-35” proqramına qaytarılması və ya müqavilənin əhatəsinə dair məlumat yoxdur.

2020-ci ilin martında qurduğu “Pentaqon Strategies” adlı lobbi şirkəti ilə diqqətə gələn Stepan Villiams “F-35” proqramında ciddi şəxslərdən sayılır. ABŞ-ın “Lockheed Martini” şirkətindən 2016-cı ildə ayrılan Villiams “F-35” üçün 80 kritik parça istehsal edən Danimarkanın müdafiə və havaçılıq firması “Terma”nın rəhbərliyinə keçmişdi. Bilindiyi kimi, Danimarka “F-35” proqramında ortaq ölkələrdən biridir. “Terma” isə 5-ci nəsil qırıcı təyyarə “F-35” üçün kompazit parçalar və radarlar istehsal edir.




Bölməyə aid digər xəbərlər