09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Novavax Avropaya peyvənd göndərmək istəmir
Tarix: 25-03-2021 22:56 | Bölmə: Dünya
Novavax Avropaya peyvənd göndərmək istəmir

Amerikanın Novavax şirkəti yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin Avropa İttifaqına tədarükü ilə bağlı müqavilənin imzalanmasını bir neçə həftəlik təxirə salıb.

Bu barədə Reuters Aİ-dəki mənbəyə istinadən məlumat verib.

“Müqavilənin imzalanması prosesi ləngidilir. Qərarın səbəbi peyvənd komponentlərinin çatışmazlığından qaynaqlanan istehsal problemləridir”-mənbə deyib.

Öz növbəsində Novavax şirkətinin nümayəndəsi bildirib ki, Aİ ilə razılaşma barədə danışıqlar davam edir, lakin təfərrüatlar barədə ətraflı məlumat verməyib/Report.




Bölməyə aid digər xəbərlər