Cüdoçumuz güləşmədən bürünc medal qazanıb
Tarix: 26-03-2021 17:45 | Bölmə: Dünya
Cüdoçumuz güləşmədən bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb.

Məlumata görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Rusiyanı təmsil edən Konstantin Simeonidislə üz-üzə gəlməli idi.

Rəqib zədə səbəbindən tatamiyə çıxmadığı üçün Hüseynov bürünc medal qazanıb.

***

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə təsəlliverici görüşə çıxıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı Monqolustan təmsilçisi Ariunbold Enkhtayvanla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. 1/16 finalda Rodriqo Lopesi (Portuqaliya), 1/8 finalda Ramazan Abdullayevi (Rusiya) mübarizədən kənarlaşdıran cüdoçu 1/4 finalda Tornine Tsjakadoea ilə dueldən məğlub ayrılıb.

Bu gü mübarizəyə qoşulan digər 6 idmançıdan 5-i ilk görüşdəcə uduzub.

60 kq-da mübarizə aparan Oruc Vəlizadə Oleq Veredıbaya (Ukrayna), 66 kq-dakı Yaşar Nəcəfov Orlando Polankoya (Kuba) məğlub olub.

Qadınların yarışında isə 4 cüdoçu qüvvəsini sınayıb. 48 kq-da Aişə Qurbanlı Marusa Stanqarla (Sloveniya) bacarmayıb. Eyni çəkidəki Leyla Əliyava Gülkader Şentürkü (Türkiyə) mübarizədən kənarlaşdırsa da, Katarina Kostanın (Portuqaliya) müqavimətini qıra bilməyib.

52 kq-da Gültac Məmmədəliyeva Anjelika Delqadoya (ABŞ), Şəfəq Məmmədova isə Yasmin Cavadyana (Böyük Britaniya) uduzub.

Qeyd edək ki, Böyük Dəbilqəyə martın 27-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər