Çin ABŞ və Kanadaya qarşı cavab sanksiyası tətbiq edib
Tarix: 27-03-2021 18:17 | Bölmə: Dünya
Çin ABŞ və Kanadaya qarşı cavab sanksiyası tətbiq edib

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi Sincan-Uyğur Muxtar Vilayətindəki vəziyyətlə əlaqədar ABŞ və Kanadadan olan bir neçə fiziki və hüquqi şəxsə qarşı cavab sanksiyası tətbiq edib.

"Reuters"in verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sanksiya tətbiq olunan şəxslər arasında ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının rəhbəri Toni Perkins, Kanada parlamentinin üzvü Maykl Çonk da var.

Kanada Qanunverici Məclisinin İcmalar Palatasının Beynəlxalq İnkişaf Komitəsi də sanksiya tətbiq olunan orqanlar sırasında yer alıb.

Çin XİN bildirib ki, bu sanksiyalar ABŞ və Kanadanın martın 22-də tətbiq etdiyi birtərəfli sanksiyalara cavabdır/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər