Gürcüstan hökuməti: "Hazırda quru sərhədlərini hansı şərtlərlə açmağı müzakirə edirik"
Tarix: 29-03-2021 21:56 | Bölmə: Dünya
Gürcüstan hökuməti: "Hazırda quru sərhədlərini hansı şərtlərlə açmağı müzakirə edirik"

“Gürcüstan hökuməti quru sərhədlərin açılmasının mümkünlüyünü müzakirə edir”.

Bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstanda turizmin bərpası üçün, demək olar, əsas məhdudiyyətlər aradan qaldırılıb: “Aparılan vaksinasiya pandemiyanın üçüncü dalğasının qarşısını almağa imkan verəcək. Hazırda biz quru sərhədlərin hansı şərtlərlə açılması məsələsini müzakirə edirik və bu, maliyyə bazarımızın artmasına müsbət təsir göstərəcək”.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş ötən ilin martın 14-dən dayandırılıb. Qonşu ölkə quru sərhədlərdən öz vətəndaşlarını və tam peyvəndlənmə kursunu keçən əcnəbiləri qəbul edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər