COVID-19 əleyhinə “AstraZeneca” vaksininin adı dəyişdirilib
Tarix: 30-03-2021 11:56 | Bölmə: Dünya
COVID-19 əleyhinə “AstraZeneca” vaksininin adı dəyişdirilib

Avropanın bir çox ölkəsindəki vəziyyətlə əlaqədar yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə tətbiq edilən “AstraZeneca” vaksininin adı dəyişdirilib.

“Lenta.ru”nun verdiyi xəbərə görə, vaksinin bir çox ölkələrdə tətbiqinin dayandırılmasından sonra İsveç Tibbi Məhsullar Agentliyinin internet saytında onun adı dəyişdirilərək “Vaxzevria” edilib.

Məlumata görə, ad dəyişikliyi məhsulda hər hansı digər dəyişikliyi ehtiva etmir, bununla belə vaksinin loqosu və qablaşdırılması fərqli görünəcək.

Qeyd edək ki, vaksinin istifadəsinin məhdudlaşdırıldığı sonuncu ölkə Kanadadır. Qərara əsasən bu ölkədə yaşı 55-dən çox olan şəxslərdə onun tətbiqi dayandırılıb. Kanada ekspertlərinin fikrincə vaksin tətbiq edilən şəxslərdə 100 mində 1 tromboz müşahidə edilmə ehtimalı var. Bir sıra Avropa ölkəsində də vaksinin tətbiq edildiyi şəxslərdə tromboz müşahidə edilməsindən sonra istifadəsi dayandırılıb və ya qadağan edib. Vaksin istehsalçıları isə onun təhlükəsiz olmasında israr edirlər. Belə ki, istehsalçı şirkət 17 milyon nəfər üzərində aparılan araşdırmalara əsasən ağciyər emboliyası, dərin vena trombozu və trombositopeniyanın riskinin artmasının müşahidə edilmədiyini vurğulayır/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər