Ərdoğan: “Hələ də 100-ə yaxın ölkə peyvənd əldə edə bilməyib”
Tarix: 30-03-2021 13:13 | Bölmə: Dünya
Ərdoğan: “Hələ də 100-ə yaxın ölkə peyvənd əldə edə bilməyib”

“Türkiyə pandemiya ilə mübarizə çərçivəsində 157 ölkə və 12 beynəlxalq təşkilata tibbi yardım və dəstək göstərib. Xüsusən afrikalı qardaşlarımızı bu çətin vəziyyətdə tək qoymadıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin dövlət və hökumət başçılarının iştirakı ilə təşkil etdiyi “COVID-19 və ondan sonra inkişafın maliyyələşdirilməsi” adlı onlayn tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, COVID-19 pandemiyası qlobal sistemdəki çatışmazlıqları bir daha gün üzünə çıxarıb.

“Dünyanın ən zəngin ölkələrini belə hazırlıqsız haqlayan pandemiya daha az inkişaf etmiş ölkələrdə ciddi fəsadlara səbəb olub. Hələ də 100-ə yaxın ölkə peyvənd əldə edə bilməyib. Peyvəndə ədalətli əlçatanlıq zəmanət altına alınmayacağı təqdirdə pandemiyanın başa çatmayacağı ortadadır. Yerli peyvənd istehsalı ilə bağlı çalışmalarımız başa çatdıqda peyvəndimiz ən uyğun şərtlərdə bəşəriyyətin istifadəsinə təqdim olunacaq”, - deyə Türkiyə Prezidenti vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər