Gürcüstana 1 milyon doza “Pfizer” vaksini veriləcək
Tarix: 31-03-2021 14:18 | Bölmə: Dünya
Gürcüstana 1 milyon doza “Pfizer” vaksini veriləcək

Gürcüstan yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1 milyon doza “Pfizer” vaksini qəbul edəcək.

Bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze bildirib.

Onun sözlərinə görə, hazırda Gürcüstan istehsalçı şirkətdən vaksinlərin necə, hansı formatda və hansı cədvəl üzrə çatdırılacağı ilə bağlı təsdiqləmə gözləyir.

Nazir qeyd edib ki, Gürcüstan digər vaksin istehsalçıları ilə də aktiv danışıqlar aparır və “Pfizer” ilə aparılan yekun danışıqlar nəticəsində 1 milyon dozanın əldə edilməsi ilə bağlı razılıq əldə edilib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər