12 ölkənin səfiri Şimali Koreyanı tərk edib
Tarix: 01-04-2021 11:58 | Bölmə: Dünya
12 ölkənin səfiri Şimali Koreyanı tərk edib

12 ölkənin diplomatik nümayəndəliyi, habelə beynəlxalq insan haqları təşkilatları bütün xarici işçiləri ilə birlikdə Şimali Koreyanı tərk edib.

Reyting.az
“Facebook”-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Pxenyandakı səfirliyi öz səhifəsində məlumt verib.

Səfirlik bu hərəkətin səbəbinin Şimali Koreyadakı çətin vəziyyət, o cümlədən əsas gündəlik tələbat malları və dərman çatışmazlığı ilə izah edib.

Səfirlik “Facebook” səhifəsində yazıb: "Bu insanların Pxenyanı tərk etmələrinin səbəbi bəllidir. Gözlənilməz məhdudiyyətlərə heç kim dözə bilməz”.

Açıqlamaya görə, İngiltərə, Braziliya, Almaniya, İtaliya, Nigeriya, Pakistan, Polşa, Çexiya, İsveç, İsveçrə, Fransa səfirlikləri və beynəlxalq insan haqları təşkilatlarının bütün xarici işçiləri Şimali Koreyanı tərk ediblər.

Bəyanatda hazırda Şimali Koreyada yalnız doqquz səfir və dörd əməkdaşın qaldığı, səfirliklərdə çalışanların sayının minimuma endirildiyi qeyd olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər