ÜST nümayəndəsi: "Peyvəndləmənin sürətləndirilməsi mühüm əhəmiyyət daşıyır"
Tarix: 01-04-2021 13:06 | Bölmə: Dünya
ÜST nümayəndəsi: "Peyvəndləmənin sürətləndirilməsi mühüm əhəmiyyət daşıyır"

Koronavirusa yoluxma sayının artdığı Avropada peyvəndləmə işlərinin sürətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun bugünkü açıqlamasında bildirilir.

“Həm müalicə edən, həm də yoluxmaların qarşısını çox səmərəli şəkildə alan peyvənd dərmanları pandemiyaya qarşı ən sərfəli vasitədir. Lakin peyvəndlərin tətbiqi çox ləng gedir. Peyvəndləmənin əhatəsi az olduqca biz cədvəlin pozulmasının əvəzini çıxmaq üçün əvvəllər istifadə etdiyimiz ictimai səhiyyə və sosial müdafiə tədbirlərinə əl atmalıyıq. Yəni biz istehsalı artıraraq, peyvəndlərin tətbiqindəki sədləri aşağı salaraq, ehtiyatda olan bütün qabları ortaya çıxararaq prosesi sürətləndirməliyik”, – Avropa Regional Bürosunun rəhbəri Hans Kluge bildirib/Report.

Qeyd edək ki, indiyədək Avropada əhalinin cəmi 10 faizinə peyvəndin birinci dozası, 4 faizinə də hər iki dozası vurulub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər