Ermənistan prezidentinin ikili vətəndaşlığı məsələsini istintaq araşdıracaq
Tarix: 01-04-2021 18:16 | Bölmə: Dünya
Ermənistan prezidentinin ikili vətəndaşlığı məsələsini istintaq araşdıracaq

Ermənistan Baş Prokurorluğu ölkə prezidenti Armen Sarkisyanın ikili vətəndaşlığı ilə bağlı fakt üzrə cinayət işini Xüsusi İstintaq Xidmətinə göndərib.

Bunu Baş Prokurorluğun müşaviri Qor Abramyan “Sputnik Armeniya”ya bildirib.

“Baş Prokurorluq məsələ ilə bağlı məlumat alıb. Məlumat araşdırılmaq üçün Xüsusi İstintaq Xidmətinə göndərilib. İstintaq işinə başlayıb, başlamamaq barədə qərar bundan sonra veriləcək”, - o deyib/Report.

Qeyd edək ki, Ermənistanda 53 vəkil prezident Armen Sarkisyanın ikili vətəndaşlığı ilə bağlı bəyanat imzalayıb. Onlar bildirib ki, A.Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniyanın vətəndaşı olub. 2018-ci ildə Ermənistan qanunlarına zidd olaraq prezident seçilib. Ölkə konstitusiyasına əsasən yalnız 6 il Ermənistan vətəndaşı olan şəxslər prezident seçilə bilər.

A.Sarkisyan 2018-ci il martın 2-də prezident seçilib. Onun Britaniya pasportu isə 2012-ci il martın 1-də ləğv edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər