Sloveniyanın baş nazirinin ailəsi təhdid edilir
Tarix: 24-04-2021 10:00 | Bölmə: Dünya
Sloveniyanın baş nazirinin ailəsi təhdid edilir

Naməlum şəxslər Sloveniyanın baş naziri Yanez Yanşın xanımı Urşka Baçovnik-Yanşın və onun iki oğlunun ünvanına təhdid dolu məktub göndəriblər.

Bu barədə Selye şəhərinin siyasətçinin arvadının işə düzəldiyi xəstəxanasına istinadən “Vecer” qəzeti bildirib.

Məktubun dəqiq məzmunu açıqlanmır. Sloveniya polisi artıq təhdidlə bağlı araşdırmaya başlayıb.

Baş nazir Yanez Yanş hadisəni özünün tvitterdəki səhifəsində məktub müəlliflərinə cavabla açıq şəkildə cavablandırıb.

“Təhdidlər bizi sarsıda bilməz. Ailəmizi, evimizi və Vətəni qoruyacağıq, heç kimin şübhəsi olmasın”, - deyə Sloveniyanın baş naziri yazıb.

O, sözlərinə hökumət əleyhinə nümayişlərin və müxalifət partiyalarının liderlərinin fotolarını əlavə edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər