Çin koronavirusun müxtəlif mutasiyalarına qarşı təsirli peyvənd yaradır
Tarix: 24-04-2021 12:12 | Bölmə: Dünya
Çin koronavirusun müxtəlif mutasiyalarına qarşı təsirli peyvənd yaradır

Çinli mütəxəssislər yeni növ koronavirusun müxtəlif mutasiyalarına qarşı təsirli olacaq və insanı onun bütün mümkün ştamlarından daha yaxşı qoruyacaq peyvənd hazırlayırlar.

TASS xəbər verir ki, bu barədə şənbə günü Çinin Dövlət Səhiyyə Komitəsinin epidemiyaya qarşı mübarizə üzrə xüsusi komissiyasının rəhbəri, akademik Çjun Nanşan bildirib.

“Çində daha çox “Sinovac” və “Sinopharm” əczaçılıq şirkətlərinin təsirsiz hala gətirilmiş peyvəndlərindən istifadə edilir, ancaq onlar, məsələn, Cənubi Afrika ştammına qarşı az təsirlidir. İndi bütün gücümüzü bizi mutasiyaya uğramış virusdan da qoruyacaq preparatın hazırlanmasına yönəltmişik”, - o, Quançjou şəhərində keçirilən Çin Mühəndislər Elmləri İnstitutunun konfransında onlayn çıxışı zamanı deyib.

Ekspertin sözlərinə görə, hələlik Çin peyvəndləri ilə aşılanmanın insanı koronavirus infeksiyasından nə qədər müddət qoruya biləcəyini dəqiq müəyyənləşdirmək çətindir.

“Hazırkı mərhələdə ölkəmizdə, təxminən, 50, dünyada isə 200-dən çox peyvəndin hazırlanması üzrə işlər aparılır. Sual yaranır: bu preparatlardan hansını hazırlamaq daha məqsədəuyğundur? Bu istiqamətdə səylərimizi düzgün şəkildə cəmləşdirə biləcəyikmi? Bunlar tezliklə həll etməlki olduğumuz vacib problemlərdir”, - Çjun Nanşan fikrini yekunlaşdırıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər