12:34 / 13-05-2025
Sabah yağış yağacaq
Türk ordusu İraqın 4 bölgəsində eyni anda əməliyyatda: PKK liderlərindən biri öldürülüb
Tarix: 24-04-2021 17:34 | Bölmə: Dünya
Türk ordusu İraqın 4 bölgəsində eyni anda əməliyyatda: PKK liderlərindən biri öldürülüb

Türkiyə İraqdakı PKK terror təşkilatına qarşı geniş miqyaslı yeni əməliyyata başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın Metina, Zap, Basyan və Qəndil bölgələrinə hava zərbələri endirilib və eyni anda xüsusi təyinatlı bölmələr Metina bölgəsində quru əməliyyatlarına start veriblər: "Onlara helikopter və PUA-larla dəstək verilir".

Məlumata görə, nazir Hulusi Akar, Baş qərargah rəisi  Yaşar Güler və digər komandirlər əməliyyatı yaradılan idarəetmə mərkəzindən izləyirlər.

***

Türkiyə MN Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı və Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi anti-terror əməliyyatı ilə bağlı yeni məlumat yayıb.


Bildirilib ki, əməliyyatla PKK terror qruplaşmasının qollarından biri - qırmız xətlə axtarılan Dalokay Şanlı məhv edilib.

Məlumata görə, Ərdoğan əməliyyat mərkəzi ilə əlaqə yaradaraq, mövcud vəziyyətlə maraqlanıb, təlimatlarını verib.

O, əməliyyatın məqsədini açıqlayıb. Deyib ki, Türkiyənin cənubunda terror, terror təhdidinə imkan verilməyəcək: "Məqsədimiz ölkəmizin cənubundakı terror qruplarını məhv etmək, terror təhdidlərini aradan qaldırmaqdır. Bu qatil sürülülərinin kökünü qazmayana qədər durmayacağıq".

Reyting.az




Bölməyə aid digər xəbərlər