09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Baydenin müşavirinin Lukaşenkoya sui-qəsd cəhdində əli aşkarlanıb
Tarix: 26-04-2021 09:34 | Bölmə: Dünya
Baydenin müşavirinin Lukaşenkoya sui-qəsd cəhdində əli aşkarlanıb
Maykl Karpenter

Belarusun ONT dövlət telekanalı bildirib ki, ABŞ prezidenti Co Baydenin müşaviri Maykl Karpenterin Belarusda dövlət çevrilişində və respublikanın prezidenti Aleksandr Lukaşenkoya qarşı sui-qəsd hazırlığında əli var. Reyting.az xəbər verir ki, telekanal bunların həqiqətən tam ciddi olduğunu və Birləşmiş Ştatların iştirakı olmadan başa gəlmədiyini bildirib.

"Dövlət Departamenti təmkinlə də olsa reaksiya verdi: "Bunun arxasında ABŞ hökumətinin dayandığı və ya Lukaşenkoya qarşı sui-qəsd cəhdində iştirak etməsi barədə hər hansı bir ehtimal tamamilə yalnışdır". O zaman sizə rəsmi Vaşinqtonun həqiqəti harada axtarmalı olduğunu söyləyəcəyik - Vaşinqtonun özündə Baydenin müşaviri Maykl Karpenter istəsə, sizə söyləyəcək”, - ONT-nin süjetində deyilir.

Bundan başqa, telekanal söz verib ki, gələn həftə daha çox təfərrüatı açıqlayacaq.

ONT həmçinin Lukaşenkoya qarşı sui-qəsdin iştirakçıların etiraflarını da nümayiş etdirib.

Aprelin 17-də Belarusun Federal Təhlükəsizlik Xidməti ölkədə çevriliş hazırlamış iki nəfərin tutulması haqqında bildirib. Qeyd edilib ki, respublikada çevriliş Minskdə mayın 9-da qələbə paradı zamanı həyata keçirmək planlaşdırılıb.

Bundan əvvəl isə Belarus prezidenti Aleksandr Lukaşenko ona və övladlarına qarşı sui-qəsdin planlaşdırılmasını bildirib.(Report)




Bölməyə aid digər xəbərlər