Rusiyada ehtiyatda olan hərbçilər hərbi toplanışa çağırılıb
Tarix: 26-04-2021 17:19 | Bölmə: Dünya
Rusiyada ehtiyatda olan hərbçilər hərbi toplanışa çağırılıb

Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan hərbi qulluqçuların hərbi toplanışa çağırılması barədə Fərman imzalayıb.

Fərmana əsasən, ehtiyatda olan hərbi qulluqçular Rusiya Silahlı Qüvvələri və Rusiya Federal Təhlükəsizlik Xidmətinin tərkibində hərbi toplanışa çağırılırlar.

Rusiyanın Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına Fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.

Fərman dərc olunduğu gündən – aprelin 26-dan qüvvəyə minir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər