Nazir oğlu: “Atama böhtan atılır”
Tarix: 26-04-2021 22:06 | Bölmə: Dünya
Nazir oğlu: “Atama böhtan atılır”

İran Xarici işlər nazirinin oğlu Mehdi Zərif atasına qarşı irəli sürülən bəzi ittihamlara cavab verib.

Reyting.az
“Iran Watch”-a istinadla xəbər verir ki, nazir övladı atasına qarşı edilən təhqir və böhtanlardan kədərlənərək, atasının seçkiyə qatılmaq niyyətinin olmadığını bildirib.

“Onun səsi olan audioyazının yayımlanması prezident seçkisi öncə təbliğat deyil”.

Son illərdə adı hallanmasın deyə atasının soyadından belə istifadə etmədiyini və soyadının sonunda "Xansari" əlavəsi artırdığını deyən Mehdi Zərif əlavə edib:

“Atam heç bir siyasi fraksiyanın üzvü deyil və hansısa cərəyanın maraqlarını təbliğ etmək üçün dialoqunu dərc etdirməyib”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər