Gürcüstan müxalifəti parlamentin boykot edilməsini dayandırıb
Tarix: 27-04-2021 11:54 | Bölmə: Dünya
Gürcüstan müxalifəti parlamentin boykot edilməsini dayandırıb

Gürcüstanın müxalifət partiyalarının deputatları parlamentə daxil olublar.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, bununla onlar qanunverici orqanın 6 aylıq boykotuna son qoyublar.

Vahid Milli Hərəkat və Leyboristlər partiyaları parlamentdə təmsil olunmağa hələ razılaşmayıb.

Qeyd edək ki, ötən ilin parlament seçkilərində deputat seçilən müxalifətçilər mandatlarından imtina ediblər. Onlar seçkiləri qeyri-legitim hesab edərək boykota qərar veriblər. Bu il aprelin 19-da hakimiyyət və müxalifət arasında Avropa İttifaqının vasitəçiliyi ilə imzalanmış sazişə müxalifətin qanunverici orqanda təmsil olunması əsas bəndlərdən biri kimi daxil olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər