Baş Qərargah rəisinin müavininə cinayət işi açılıb
Tarix: 27-04-2021 13:57 | Bölmə: Dünya
Baş Qərargah rəisinin müavininə cinayət işi açılıb

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, Baş Qərargahın Döyüş hazırlığı idarəsinin rəisi general-leytenant Andranik Makaryan barəsində cinayət işi başlanılıb.

“Sputnik Armeniya” xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan deyib.

A.Makaryan yaşayış yerini tərk etməyəcəyinə dair yazılı iltizam imzalayıb.

O, Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü hissəsi üzrə (rəisin və ya vəzifəli şəxsin hərbi vəziyyət, müharibə və ya döyüş şəraitində ciddi ziyan vurmaqla xidmətə laqeyd yanaşması) ittiham olunur.

A.Makaryana qarşı ittihamlar mart ayında irəli sürülüb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər