Yunanıstanın irqçi deputatı tutulub
Tarix: 27-04-2021 17:52 | Bölmə: Dünya
Yunanıstanın irqçi deputatı tutulub

Avropa parlamentindəki Yunanıstandan olan irqçi deputatı, Qızıl Şəfəq Partiyasının üzvü İonnis Laqos Belçikanın paytaxtı Brüsseldə tutulub.

“TRT Haber” xəbər verir ki, bu barədə polisdən bildiriblər.

Məlumata görə, Yunanıstanda onun 13 il həbsə məhkum ediləcəyi gözlənilir. Bildirilib ki, İnterpolun əmrindən sonra Laqos tutulub.

Bunun üçün Avropa parlamenti İonnis Laqosun deputat toxunulmazlığını ləğv edib. Aprelin 26-da Avorpa parlamentinin 658 deputatı onun toxunulmazlığının lehinə, 25 deputat isə əleyhinə səs verib.

Onun deputat toxunulmazlığının alınmasını Yunanıstan hakimiyyəti istəyib.

Məlumata görə, 2020-ci il oktyabrın 7-də Yunanıstanda məhkəmə onu 13 il azadlıqdan məhrum etmişdi. O, həbs qərarı çıxandan sonra ölkədən qaçaraq Belçikaya sığınıbmış.

Qeyd edək ki, İonnis Laqos Avropa parlamentində Türkiyənin dövlət bayrağının kağızdan hazırlanana maketini cırmışdı/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər