Almaniya XİN başçısı: "Problemləri dueldə deyil, dialoqda həll etməliyik"
Tarix: 27-04-2021 20:12 | Bölmə: Dünya
Almaniya XİN başçısı: "Problemləri dueldə deyil, dialoqda həll etməliyik"

"Donbasdakı münaqişə dueldə deyil, dialoqla həll olunmalıdır".

Bunu Almaniyanın xarici işlər naziri Hayko Maas Slovakiyanın xarici işlər naziri İvan Korçakla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Müzakirə mövzuları arasında Ukraynadakı vəziyyət də var. Rusiyanın Ukrayna ilə sərhəddən qoşunlarını geri çəkməsi mesajı yaxşı xəbərdir. Bu sözlər dərhal əməllərlə müşayiət olunmalıdır. Atəşkəsin pozulmasının dayandırılması və Qara dənizə girişin açılması üçün növbəti addımların atılmasına ehtiyac var.

Problemləri dueldə deyil, dialoqda həll etməliyik, amma bunun üçün hər iki tərəf dialoqa hazır olmalıdır", Almaniyanın XİN başçısı deyib/APA.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}