Rusiya daha 4 ölkənin 7 əməkdaşını “persona non qrata” elan edib
Tarix: 28-04-2021 14:00 | Bölmə: Dünya
Rusiya daha 4 ölkənin 7 əməkdaşını “persona non qrata” elan edib

Rusiya Litva səfirliyinin iki, Slovakiya səfirliyinin üç, Latviya və Estoniya səfirliklərinin hərəsinin bir əməkdaşını “persona non qrata” elan edib.

Rusiya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, “arzuolunmaz şəxs” elan edilən xarici ölkə diplomatları bir həftə ərzində Rusiya ərazisini tərk etməlidirlər.

Qeyd edək ki, adıçəkilən ölkələr Çexiya ilə həmrəylik nümayiş etdirərək bir neçə Rusiya diplomatını “persona non qrata” elan ediblər/APA.

Xatırladaq ki, bu gün Baltik ölkələrinin diplomatları Rusiya Xarici İşlər Nazirliyinə çağırılmışdı.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər