Lavrov: "Yaxşı ki, bizi hersoq Ferdinandın qətlində günahlandırmırlar”
Tarix: 28-04-2021 15:30 | Bölmə: Dünya
Lavrov: "Yaxşı ki, bizi hersoq Ferdinandın qətlində günahlandırmırlar”

“Yaxşı ki, bizi hersoq Ferdinandın qətlində günahlandırmırlar”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov meksikalı həmkarı ilə danışıqlarının yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib.

Bolqarıstanın rəsmi Moskvanı 2011-2020-ci illər ərzində ölkənin silah zavodlarında baş verən partlayışlarda ittihamlarına Rusiya XİN başçısı belə cavab verib: “Yaxşı ki, hələ bizi hersoq Ferdinandın qətlində günahlandırmırlar”.

S. Lavrov qeyd edib ki, Avropa İttifaqı silah anbarlarının özəl sahibkarlarla nə əlaqəsinin olmasını araşdırmalıdır.

Qeyd edək ki, Bolqarıstan Prokurorluğu altı rusiyalını 2011-2020-ci illərdə ölkənin bolqar silah ticarətçisi Emilyan Qebrevə məxsus dörd silah zavodunda partlayışlar törətməkdə şübhəli bilib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər