Sabiq nazirin qohumu aksiyada iştiraka görə həbs olunub
Tarix: 28-04-2021 16:12 | Bölmə: Dünya
Sabiq nazirin qohumu aksiyada iştiraka görə həbs olunub

İrəvanın ümumi yurisdiksiya məhkəməsi 22 aprel tarixində Ermənistan Baş Prokurorluğunun binasında kütləvi etiraz aksiyasında iştirak edən siyasi fəal Hayk Yekimyanı həbs edib.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə fəalın vəkili Benik Qalstyan feysbukda məlumat verib.

Vəkil qeyd edib ki, aprelin 24-də məhkəmə Yekimyanın həbsini qanunsuz olaraq tanıyıb, fəal o zamandan bəri azadlıqda olub.

Qeyd edək ki, Hayk Yekimyan keçmiş iqtisadiyyat naziri, “Daşnaksütyun” Partiyası Ali Qurumunun nümayəndəsi Artsvik Minasyanın qardaşı oğludur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər