Moldova prezidenti parlamenti buraxıb
Tarix: 28-04-2021 21:34 | Bölmə: Dünya
Moldova prezidenti parlamenti buraxıb

Moldova prezidenti Maya Sandu çərşənbə günü keçirdiyi brifinqdə parlamentin buraxılması ilə bağlı fərman imzaladığını açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, o, ölkədə növbədənkənar parlament seçkilərinin iyulun 11-də keçiriləcəyini də bildirib.

Xatırladaq ki, martın sonunda prezident parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsinə qərar vermək hüququnu təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Buna deputatların üç ay ərzində iki dəfə hökuməti qura bilməməsi səbəb olmuşdu.

M.Sandu ölkədə qüvvədə olan fövqəladə vəziyyət rejimi səbəbi ilə buna qədər parlamentin buraxılması haqqında fərman imzalaya bilməmişdi. Çərşənbə günü Konstitusiya Məhkəməsi parlamentin koronavirus səbəbi ilə mayın 30-dək ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilməsi barədə qərarını qanunsuz olaraq tanıyıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər