Türkiyədə virusun daha üç növü aşkarlanıb
Tarix: 28-04-2021 21:50 | Bölmə: Dünya
Türkiyədə virusun daha üç növü aşkarlanıb

"Hazırda Türkiyədə ən çox rast gəlinən mutasiyalı virus “Britaniya ştamm”ıdır, ikinci yeri Braziliya, üçüncü yeri isə Afrika variantı tutur".

Reyting.az
xəbər verir ki, bu sözləri Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

O bildirib ki, may ayından Türkiyəyə Rusiyadan 50 milyon “Sputnik-V” peyvəndi alacaq: "Türkiyə 6 ay ərzində Rusiyadan 50 milyon “Sputnik-V” peyvəndinin alışı üçün müqavilə bağlayıb. Eyni zamanda, biz bu vaksinin istehsalı üçün də hazırlıqlara satrt vermişik".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər