Şimali Koreya lideri hakim partiyanın rəsmisini edam etdirib
Tarix: 29-04-2021 12:28 | Bölmə: Dünya
Şimali Koreya lideri hakim partiyanın rəsmisini edam etdirib

Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreyadan daha bir tükürpədici xəbər gəlib.

Reyting.az
-ın məlumatına görə, Şimali Koreya lideri Kim Çen İnn şəxsən özünün təməlini atdığı layihə ilə bağlı verdiyi təlimatları yerinə yetirməyən partiya rəsmisini edam etdirib.

Məlumata görə, ötən ilin mart ayında təməlini atdığı xəstəxananın tikintisinin “altı ay müddətində başa çatdırın!” - təlimatını verən Kim Çen İnn xəstəxananın inşası ilə şəxsən maraqlanıb.

Paytaxt Pxenyanda tikilən xəstəxananın Avropadan gətirilən tibbi avadanlıqlarla xidmətə başlamasını istəyən Kim Çen İnnin rəsmilərə verdiyi tapşırıq yerinə yetirilməyib. Bundan sonra Şimali Koreya lideri xəstəxananı təftiş etməyə gəlib. Bu zaman bəlli olub ki, daha sürətli və ucuz olması üçün xəstəxana Çindən gətirilən mütəxəssis və ləvazimatlarla doldurulub. Sözsüz ki, ölkəyə tətbiq edilən sanksiyalar səbəbindən bura Avropa və digər ölkələrdən mütəxəssislər gətirmək imkansız idi.

Açılış mərasimində bunları hiss edən Kim Çen İnnin qəzəbi qorxunc olub. İngiltərə mediasının məlumatına görə, Kim Çen İnn bu qərarı verən partiya rəsmisi barəsində edam hökmü çıxarıb.

Amma edamın hansı şəraitdə baş verməsi haqda mətbuata təfərrüatlı məlumat sızmayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər