ÜST: Avropa əhalisinin 7 faizinə peyvəndin hər iki dozası vurulub
Tarix: 29-04-2021 12:44 | Bölmə: Dünya
ÜST: Avropa əhalisinin 7 faizinə peyvəndin hər iki dozası vurulub

“Avropa regionunda yeni növ koronavirus (COVID-19) infeksiyasına ilk yoluxmanın qeydə alınmasından 462 gün ötür”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge deyib.

O bildirib ki, təsdiqlənmiş yoluxma hallarına görə bütövlükdə Avropa regionunda əhalinin 5,5 faizi hazırda COVID-19 xəstəsidir.

“Artıq region əhalisinin 7 faizinə peyvəndin hər iki dozası vurulub”, - deyə H. Kluge vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər